...

Azərbaycanın internet şəbəkəsində yükləmə sürətinin göstəriciləri açıqlanıb

Telekommunikasiya Materials 28 İyul 2023 12:31 (UTC +04:00)
Azərbaycanın internet şəbəkəsində yükləmə sürətinin göstəriciləri açıqlanıb
Sədrəddin Ağcayev
Sədrəddin Ağcayev
Bütün xəbərlər

Bakı. Trend:

2023-cü ilin iyununda Azərbaycanda mobil və genişzolaqlı internetə üzərindən yükləmənin orta göstəriciləri müvafiq olaraq 40,39 (may ayının göstəricisi ilə müqayisədə 1,41 faiz aşağı) və 29,47 (1,13 faiz artım) Mbit/san olub.

Trend cümə günü "Ookla"nın məlumatlarına istinadən xəbər verir ki, Azərbaycan genişzolaqlı şəbəkədə verilənlərin ötürülmə sürətinə görə 180 ölkə arasında 116-cı yerdə olmaqla mövqeyini qoruyub saxlayıb.

İyun ayında mobil şəbəkə üzərindən məlumatların yüklənmə göstəricis əvvəlki ayla müqayisədə 0,58 Mbit/san azalıb. Mobil şəbəkə üzərindən internetin çıxış sürəti 11,25 Mbit/san olub ki, bu da may ayının göstəricisindən (11,58 Mbit/san) 2,85 faiz aşağıdır .

Sabit genişzolaqlı internet üzərindən verilənlərin yüklənmə sürəti may ayının göstəricisi ilə müqayisədə 0,33 Mbit/san artıb, çıxış sürəti isə 0,03 Mbit/san azalaraq 29,73 Mbit/san olub.

Qeyd edək ki, dünyada qeyd olunan dövrdə mobil şəbəkə üzərindən giriş və çıxış yükləmələrinin orta sürəti müvafiq olaraq 42,92 və 10,21 Mbit/san olub.

Ookla-nın məlumatlarına görə, 2023-cü ilin may ayında Azərbaycan mobil şəbəkə üzərindən verilənlərin yüklənmə sürətinə görə 140 ölkə arasında 59-cu yer, genişzolaqlı internet üzərindən verilənlərin ötürülmə sürətinə görə isə 180 ölkə arasında 116-cı yer tutub.

Qeyd edək ki, "Ookla"nın reytinqində mobil şəbəkədə verilənlərin ötürülmə sürətinə görə Gürcüstan 31,76 Mbit/san ilə 74-cü yerdə, Ermənistan 81-ci yerdə (27,77 Mbit/san) olub. Dünyada ən sürətli mobil internet 200,24 Mbit/san olmaqla Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ), ən zəif internet isə 2,38 Mbit/san olmaqla Sudanda qeydə alınıb.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Məqalədə:
Xəbər lenti

Xəbər lenti