Bakı. Trend:
Azərbaycan innovasiyaların tərəqqi edə biləcəyi ekosistemin yaradılmasına tam sadiqdir.
Trend cümə axşamı xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Bakıda keçirilən "InMerge" sammitində çıxışında deyib.
"Bu ekosistem insanlar, ideya və resurslar arasında qarşılıqlı əlaqə üzərində qurulmaqla yaradıcı və iqtisadi innovasiyaları təşviq edən mühit yaradır", - Ş.Mövsumov deyib.
Onun sözlərinə görə, bu gün Azərbaycan innovasiya və texnologiyaların tərəqqi barədə təsəvvürləri dəyişdirdiyi yeni dövrün astanasındadır.
"Azərbaycan innovasiyaların tətbiqində uzunmüddətli tarixə malikdir. İnanırıq ki, gələcək texnoloji nailiyyətlərdən istifadə edərək eyni zamanda öz unikal irsini qoruyan cəmiyyətlərə məxsusdur", - o deyib.
Qeyd edək ki, "InMerge" İnnovasiya Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir.
Regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorları bir araya gətirmək məqsədi daşıyır.