Bakı. Trend:
Azərbaycan İKT məhsullarının ixrac mərkəzinə çevrilmək istiqamətində çalışır.
Trend cümə axşamı xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Bakıda keçirilən "InMerge" sammitində çıxışında deyib.
"İKT məhsullarının ixracı üzrə habla yanaşı, autsorsinq habı, innovasiya habı və biznes habı istiqamətində tədbirlər görülməlidir. Adətən böyük əhaliasi olan bir çox ölkə biznes mərkəzi olur. Lakin Azərbaycanda əhalinin sayı az olduğundan və dünya okeanına birbaşa çıxışımız olmadığından, bizim üçün innovasiya habı olmaq daha əlverişlidir. Bununla əlaqədar olaraq beynəlxalq ictimaiyyəti cəlb etməliyik və bunun üçün hüquqi əsasımız olmalıdır", - o deyib.
Nazirin sözlərinə görə, innovasiya mərkəzi bir neçə mühüm komponentdən ibarətdir.
"Bu, bazara ədalətli çıxş imkanının təmin edilməsi, qanunun aliliyi, mədəniyyyətin formalaşması, müxtəliflik barədə düşüncə tərzi və lazımi infrastrukturun, o cümlədən internetin olmasıdır. Qeyd etmək istəyirəm ki, bu ilin sonunadək ölkədə 100 faizl yüksək sürətli interneti təmin edəcəyik", - deyə o əlavə edib.
Qeyd edək ki, "InMerge" İnnovasiya Sammiti 30 noyabr - 1 dekabr tarixlərində Bakı Konqres Mərkəzində keçirilir.
Regionda innovasiyalar üzrə ən böyük sammit hesab edilən "InMerge Innovation Summit" innovasiyaları və mümkün əməkdaşlıqları müzakirə etmələri üçün regionun aparıcı şirkətləri, startaplar, eləcə də investorları bir araya gətirmək məqsədi daşıyır.
(Tərcümə: Rəna Əbdürəhmanova)