...

İnnovasiyaların və startapların inkişafına dair memorandum çərçivəsində layihələr razılaşdırılır – İRİA (Özəl)

Telekommunikasiya Materials 26 Mart 2024 19:19 (UTC +04:00)
İnnovasiyaların və startapların inkişafına dair memorandum çərçivəsində layihələr razılaşdırılır – İRİA (Özəl)
Kamran Qasımov
Kamran Qasımov
Bütün xəbərlər

Bakı. Trend:

Hazırda innovasiyalar və startaplar ekosisteminin inkişafı üzrə əməkdaşlığa dair anlaşma memorandumu çərçivəsində konkret layihələr razılaşdırılır.

Bu barədə Trend-ə Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) İdarə Heyətinin sədri İnarə Vəliyeva deyib.

"Memorandumla bağlı müzakirələr çərçivəsində bir sıra görüşlər keçirilib. Hazırda biz əməkdaşlıq etməyi planlaşdırdığımız konkret layihələrin razılaşdırılması mərhələsindəyik. Hazırda danışıqlar apardığımız bir neçə layihə tezliklə elan olunacaq. Bununla belə, irəliləyiş kifayət qədər əhəmiyyətlidir, çünki, fikrimcə, bu, açıq dialoq platformasına çevrilir. Bütün təşkilatların prioritetləri indi bir-birinə aydındır və layihələr razılaşdırıldıqdan sonra biz onları elan edəcəyik və icrasına başlayacağıq", - deyə o qeyd edib.

Qeyd edək ki, 30 noyabr 2023-cü il tarixində PAŞA Holding, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR), SABAH.lab, İqtisadiyyat Nazirliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiyası Mərkəzi (4SİM) Azərbaycan və Azərbaycan Elm və Təhsil Nazirliyi yanında Təhsilin İnkişafı Fondu arasında Azərbaycanda innovasiya və startap ekosisteminin inkişafı üzrə əməkdaşlığa dair qarşılıqlı anlaşma memorandumu imzalanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti