Bakı. Trend:
“Noventiq Azərbaycan” “Microsoft»dan "İlin Tərəfdaşı-2024" mükafatını qazandı.
Trend Ruslan Məmiyev, Biznesin İnkişafı üzrə Direktor ilə müsahibəni təqdim edir:
-Zəhmət olmasa, Azərbaycan bazarında “Microsoft” ilə əməkdaşlıq
təcrübəniz, o cümlədən bu əməkdaşlığın əsas mərhələləri və şirkətin
yeni səviyyəyə yüksəlməsinə kömək edən nailiyyətlər barədə məlumat
verərdiniz.
-“Noventiq Azərbaycan”ın “Microsoft” ilə əməkdaşlıq onların
Azərbaycanda lisenziyalarını təqdim etməyimizlə başladı. Daha sonra
texniki heyətin gücləndirilməsi hesabına və “Microsoft”
texnologiyalarının peşəkar pilot xidmətlərinin əlavə edilməsi ilə
xidmətlərin həcmi genişləndirildi.
Bu transformasiya bizə “Microsoft”un yüksək keyfiyyətli həllərin və xidmətlərinin göstərilməsi və müştərilərimizə ən yaxşı şərtlərin təklif edilməsi imkanının əldə olunması ilə yanaşı, həmçinin Azərbaycanın dövlət və özəl şirkətlərinə bu məhsul və xidmətlərdən maksimum səmərəli istifadə etməyə, onların daxili proseslərinin səmərəliliyini və rəqabət qabiliyyətini artırmağa kömək etdi.
-Yaxın illərdə “Microsoft” məhsulları sayəsində Azərbaycan
bazarında hansı tendensiyalar və dəyişikliklər gözləyirsiniz?
-Proqnozlarımıza görə, növbəti illərdə “Microsoft”un həlləri
Azərbaycanda texnologiyaların inkişafına əhəmiyyətli təsir
göstərəcək. Bu, xüsusilə qabaqcıl texnologiyaları və süni
intellekti öz biznes proseslərinə tətbiq etməyə başlayacaq böyük
şirkətlərə təsir edəcək. Bu cür dəyişikliklər onların uyğunlaşma və
yenilik tətbiqetmə qabiliyyətini artıracaq ki, bu da onlara bazarda
mövqelərini əhəmiyyətli dərəcədə gücləndirməyə imkan verəcək.
-Şirkətin mükafata layiq görülməsinə gedən yoldan bəhs
edərdiniz. “Noventiq Azərbaycan”ı "İlin Tərəfdaşı" edən nə
oldu?
-“Microsoft”un bizim şirkətə təqdim etdiyi "İlin Tərəfdaşı-2024"
mükafatı məqsədyönlü işimizin və müştəri xidmətində mükəmməlliyə
doğru daimi can atmağımızın nəticəsidir. Biz “Microsoft” tərəfindən
yüksək qiymətləndirilən bir sıra innovativ layihələr həyata
keçirdik. Bu nailiyyətlər bizə tərəfdaşlar arasında fərqlənməyə və
"İlin Tərəfdaşı" titulunu qazanmağa imkan verdi.
- “Microsoft”un tərəfdaşı kimi “Noventiq Azərbaycan”ın əsas
üstünlükləri nədən ibarətdir?
-Əsas üstünlüklərimizdən biri hər bir müştəriyə, seçimdən tətbiqə
və bütün mərhələlərdə dəstəyə qədər, fərdiləşdirilmiş həllər təqdim
etməkdir. Biz həmçinin bazarda mürəkkəb məsələləri həll edə bilən
yüksək ixtisaslı mütəxəssislərdən ibarət heyət formalaşdırmaq üçün
qlobal texniki ekspertiza və təcrübə cəlb edirik. Bu amillər bizə
uğur qazandırır və bizi etibarlı “Microsoft” tərəfdaşı kimi
fərqləndirir.
-Bu mükafatı almaq üçün hansı çətinlikləri aşmalı oldunuz və
komandanız bunu necə həll etməyi bacardı?
-“Noventiq Azərbaycan” bu mükafatı qazanmaq üçün ciddi
çətinliklərlə üzləşdi və bu yolda qarşılaşdığımız əsas
problemlərdən biri müştərilərin yeni və innovativ həllərə ilkin
skeptisizmi idi ki, bu da onların tətbiqində əlavə maneələr
yaradırdı.
Biz buna həllərimizin üstünlüklərinin ətraflı əsaslandırılmasını
təmin etməklə, onların etibarlılığını və effektivliyini nümayiş
etdirməklə, həmçinin əlavə məsləhətləşmələr və danışıqlar aparmaqla
cavab verdik.
Bundan əlavə, texnologiyanın sürətli inkişafı bizdən bilik və
bacarıqlarımızı daim yeniləməyi tələb edirdi. Bu, aktiv şəkildə
öyrənmə və yeni şəraitə sürətli uyğunlaşma zərurəti demək idi.
Bütün səylərimizi səfərbər edərək, biz nəinki rəqabət
qabiliyyətimizi qoruyub saxlaya bildik, həm də müştərilərin dəyişən
ehtiyaclarına səmərəli şəkildə cavab verə bildik. Görülən işlərdən
sonra biz müştərilərin şübhələrini aradan qaldıra, dəyişkən şəraitə
uğurla uyğunlaşa və mükəmməl nəticələr əldə edə bildik ki, bu da
ixtisaslaşmağımızı və işə sadiqliyimizi təsdiqlədi.
-Bu mükafat korporativ İT sənayesinə necə töhfə verir və mövcud və potensial tərəfdaşlar və müştərilərlə qarşılıqlı əlaqələrinizə necə təsir göstərə bilər?
-"İlin Tərəfdaşı-2024" mükafatı, “Microsoft” ilə
münasibətlərimizdəki mühüm mərhələni qeyd edərək, Azərbaycanda
innovasiya və xidmət keyfiyyəti sahəsində aparıcı statusumuzu
vurğulayır. Dünyanın texnologiya nəhənglərindən biri tərəfindən bu
tanınma müştərilər və tərəfdaşlar arasında qazandığımız yüksək
etimad səviyyəsini təsdiqləyir.
Mükafat “Microsoft” və müştərilərimizlə əməkdaşlığı dərinləşdirmək
üçün yeni imkanlar açır və onların cari və gələcək ehtiyaclarını
ödəmək üçün daha innovativ və səmərəli həllər təklif etməyə imkan
verir.
- Gələcək inkişaf üçün hansı planlarınız var? Yaxın gələcəkdə
tərəfdaşlığı gücləndirməyə yönəlmiş hər hansı yeni layihələr və ya
təşəbbüslər varmı?
-Biz “Microsoft” ilə tərəfdaşlığımızı aktiv şəkildə gücləndiririk
və hazırlıq mərhələsində bir neçə strateji əhəmiyyətli layihəmiz
var. Yaxın gələcəkdə “Microsoft Azure” və digər bulud həllərini
daxil etməklə portfelimizi genişləndirməyi planlaşdırırıq. Biz
artıq Azərbaycanda “Microsoft”un aparıcı tərəfdaşlarından biri
olsaq da, məhsul və xidmətlərimizi genişləndirməyə davam
edirik.
Biz həmçinin surətçıxarma, maşın öyrənməsi və məlumatların təhlili
üçün “Microsoft” texnologiyalarından istifadə edərək innovativ
layihələr həyata keçirəcəyik. Xidmətlərimizin aktual və səmərəli
qalması üçün əməkdaşlarımızı və müştərilərimizi “Microsoft”un ən
son nailiyyətləri və onların tətbiqi ilə müntəzəm olaraq tanış
edəcəyik.
- Uğurlu tərəfdaşlıq üçün hansı prinsip və dəyərləri ən vacib
hesab edirsiniz?
-“Noventiq Azərbaycan” olaraq biz qarşılıqlı etimad, innovasiya və
mükəmməlliyə əsaslanan uzunmüddətli tərəfdaşlıq münasibətlərinin
yaradılmasına və saxlanmasına diqqət yetiririk. Biz əminik ki,
“Microsoft” və müştərilərimizlə uğurlu əməkdaşlıq üçün açıqlıq,
dürüstlük və şəffaflıq əsas amillərdir. Məqsədimiz birlikdə yeni
uğurlar qazanmağa imkan verəcək güclü və etibarlı münasibətlər
qurmaqdır.