Bakı.Trend:
Hotellərdə internet keyfiyyətinin aşağı düşməsi doluluq səviyyəsindən asılı ola bilər. Azərbaycanda hotellərlə yanaşı, digər yerləşmə məntəqələri də mövcuddur.
Trend xəbər verir ki, bu fikirləri Azərbaycan Turizm Bürosunun İdarə heyətinin sədr müavini Rəşad Əliyev Azərbaycan Qonaqpərvərlik Sahəsində Bağlantı Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, İKTA ilə birlikdə internet xidmətinin xüsusilə yerləşmə vasitələrində verilməsi üçün minimum kriteryalar müəyyən ediləcək:
"Hotelə ulduz 3 il müddətində verilir. Həmin ulduzu qorumaq üçün hər il hotelə inspeksiya təyin edilir”.
Qurum rəsmisi vurğulayıb ki, hotellərlə bağlı qonaq rəyləri də diqqətdə saxlanılır.
“Müştəri məmnuniyyət balında ciddi fərq yaranan otelə növbədənkənar inspeksiya açılır. Fakt təsdiqini taparsa, bu, həmin hotelin ulduzunu itirməsi ilə nəticələnə bilir”.
