...

RABİTƏ NAZİRLİYİ AĞSUDAKI YENİ STANSİYADA EKSPERİMENTAL YAYIMA BAŞLAYACAQ

Telekommunikasiya Materials 16 İyul 2005 13:07 (UTC +04:00)

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi müəssisələrinin tərkibinə daxil olan Teleradio İB Ağsuda yerləşən yeni teleradiostansiyanın köməyi ilə eksperimental yayıma başlayacaq.

İB-ən Trend agentliyinə verlən məlumata görə, yayım gələn həftə başlayacaq və teleradio birinci mərhələdə stansiyadakı texniki avadanlıqları yoxlamağı planlaşdırır.

Teleradio İB-ən həmçinin onu da bildiriblər ki, hazırda dəniz səviyyəsindən 840 metr hündürlükdə yerləşən stansiyada tikinti-quraşdırma işləri demək olar ki, başa çatmaq üzrədir.

Stansiyada AZTV1 və ictimai televiziyanın yayımlanması üçün vericilər quraşdırılıb. Stansiyanın istismara verilməsindən sonra ölkənin 50-60% ərazisində proqramların yayımlanması mümkün olacaq. Ağsu rayonunda radioteleviziya stansiyasının ümumi layihə dəyəri 8,9 mlrd manat (təxminən 1,9 mln) təşkil edir.

Xəbər lenti

Xəbər lenti