...

AZƏRBAYCAN RABİTƏ SAHƏSİNDƏ REGİONAL ƏMƏKDAŞLIQ TƏŞKİLATININ İCLASINDA İŞTİRAK EDƏCƏK

Telekommunikasiya Materials 19 Avqust 2005 13:58 (UTC +04:00)

Azərbaycan rabitə sahəsində Regional Əməkdaşlıq Təşkilatının növbəti iclasında iştirak edəcək. Rabitə və İnformasiya Nazirliyinin poçt şöbəsinin müdiri Novruz Məmmədovun Trend ə bildirdiyinə görə, tədbir sentyabrın 5-10-da Daşkənddə keçiriləcək.

Onun sözlərinə görə, tədbir çərçivəsində RRƏT-yə üzv ölkələrin poçt komissiyalarının XX iclası və RRƏT Poçt Operatorları Şurasının X iclası keçiriləcək.

Rabitə Nazirliyinin nümayəndəsi qeyd edib ki, Azərbaycanın nümayəndə heyəti görüş iştirakçılarına Azərbaycanda poçt sahəsində əldə olunmuş son nailliyyətlər barədə məlumat vermək, xüsusilə, Dünya Bankının ölkənin poçt xidmətlərinin inkişafına yönəldilmiş layihəsinin təqdimat mərasimini keçirmək niyyətindədir.

Bundan başqa, tədbir çərçivəsində MDB ölkələrinin poçt idarələri nümayəndələrinin iştirak edəcəyi, poçt sahəsində yeni informasiya texnologiyalarının tətbiq olunması mövzusuna həsr edilmiş beynəlxalq seminarın keçirilməsi planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti