...

İLİN SONUNA KİMİ BAKI TELEFON RABITƏSI ABONENTLƏRƏ CDMA XİDMƏTLƏRİ GÖSTƏRMƏYİ PLANLAŞDIRIR

Telekommunikasiya Materials 20 Avqust 2005 12:13 (UTC +04:00)

İlin sonuna kimi Rabitə və İnformasiya texnologiyaları Nazirliyinin tərkibinə daxil olan BakıTelefon Rabitəsi (BTRIB) Birliyi İstehsalat Birliyi ağonentlərə CDMA (Code Division Multiple Access) xidmətləri göstərmək niyyətindədir.

İstehsalat Birliyindən Trend ə verilən məlumata görə, hazırda hazırlanan layihəyə uyğun eskizlərin hazırlanması üzrə hazırlıq işləri aparılır.

Yuxarıda göstərilən texnologiyanın təmin olunması məqsədilə, İB layihə üzrə CDMA-nın ötürücülərini teleqüllədə və 438, 477 və 453/455 EATS-da yerləşdirəcək.

İB həmçinin qeyd edib ki, əvvəlcə CDMA texnologiyası pyataxtda və Abşeron yarımadasında tətbiq ediləcək.

"Hazırda İB müxtəlif IT şirkətlərindən bu texnologiyanın tətbiqinə dair təklifləri tnəzərdən keçirir", - deyə İB-dən bildiriblər.Texntkt işlərin başlaması ilə bağlı məsələyə gəldikdə isə müəssisədən bildiriblər ki, bu tədbirin icrasına II rübdə başlanılacaq.

Qeyd etmək lazımdır ki, BTRIB ilə paralel olaraq, Aztelekom İstehsalat Birliyi də Çinin Huawei Tech investment şirkəti ilə analoji işlər aparır.

Xəbər lenti

Xəbər lenti