...

BÜTÜN AZƏRBAYCAN ƏRAZİSİNDƏ İCTİMAİ TELEVİZİYANIN YAYIMLANMASI İLİN SONUNA KİMİ PLANLAŞDIRILIB

Telekommunikasiya Materials 22 Avqust 2005 14:13 (UTC +04:00)

İlin sonuna kimi İctimai Televiziyanın (İT) verilişlərinin yayımının bütün Azərbaycanın ərazisini əhatə etməsi planlaşdırılır. İT-nın yayım şurasının üzvü Fuad Muradovun Trend ə verdiyi məlumata görə, bu məqsədlə respubliyanın müəyyən ərazilərində ötürücülər quraşdırılacaq. Muradovun sözlərinə görə, Bu gün İT-nın verilişlərinin yayım əhatəsi Azərbaycan ərazisinin 70% -ni təşkil edir.

O həmçinin bəyan edib ki, yuxarıdakı plan bü günlərdə Televiziyanın efirə çıxması ilə bağlı işlərin dəqiqləşdirilməsi məqsədilə keçirilən İT Yayım Şurasının kollegiyasında müzakirə edilib.

İT-nın efirə çıxışı və açılışının müddəti ilə bağlı suala toxunarkən, Şuranın üzvü bildirib ki, bu tədbirin avqustun son günlərində həyata keçirmək planlaşdırılıb. Bu zaman Muradov qeyd edib ki, açılış mərasimi və yeni kanalın efirə çıxışı da eyni gündə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti