Bakı Telefon Rabitəsi İstehsalat Birliyi (BTRIB) ölkənin paytaxtında ATS-in elektronlaşdırılması üzrə tədbirlər həyata keçirir.İB-də Trend ə bildirilib ki, hazırda telefon stansiyalarının elektronlaşdırılması üzrə texniki şərait artıq hazırlanıb.
İB-də həm də qeyd olunub ki, ATS-in /60-69 indeksləşdirilmə əlaqələndirici növü ilə elektronlaşdırılması üzrə tədbirlərə başlanılıb.Stansiyanın ümumi tutumu təxminən 67 min nömrə təşkil edir və stansiyanın yenidən qurulmasına yönəldilmiş bütün işlər cari ilin dördüncü rübündə başa çatdırılacaq.
Bundan başqa, İB-nin verdiyi məlumata əsasən, BTRIB növbəti mərhələdə ATS-i / 70-79 indeksləşdirilməsi ilə elektronlaşdırmağı planlaşdırır, bunun başa çatdırılması 2006-cı ilin birinci rübünə nəzərdə tutulur.
Bakı telekommunikasiya qovşağında telefon nömrələrinin həcmi 12 minədək artırılıb.Bu, Rəsulzadə və Binəqədi qəsəbələrində yeni elektron telefon stansiyalarının 411/412, 413 indeksləşdirilməsi ilə istismara verilməsindən sonra mümkün olub.
Yeni EATS-in quraşdırılması AR rabitə və informasiya texnologiyaları nazirliyinin 2005-ci ildə plan üzrə nəzərdə tutulmuş işlərindən biridir.