2005-ci ilin yanvar-avqust ayları ərzində Naxçıvan Muxtar Respublikasında (NMR) müəssisələrə, təşkilatlara və əhaliyə rabitə xidməti sahəsində 7206,6 mln. manat ($1,57 mln) həcmində xidmət göstərilib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 20,3% çoxdur.NMR-nin Bakıdakı daimi nümayəndəliyində Trend ə bildirilib ki, göstərilən xidmətin ümumi həcmindən əhalinin payına 5075 mln. manat ($1,12 mln) düşür ki, bu da ötən ilin həmin dövrü ilə müqayisədə 24,9% çoxdur.
Nümayəndəlikdə həm də qeyd olunub ki, muxtar respublikanın rabitə və informasyia texnologiyaları nazirliyi təərfindən bu dövr ərzində təxminən 1 min telefon xətti çəkilib.
Bundan başqa, yanvar-iyul göstəricisinə əsasən, NMR-nin rabitə müəssisələrində işçilərin sayı təxminən 1 min ənfər təşkil edib ki, bu da ötən ilin göstəricisi ilə müqayisədə 12% çoxdur.Hər bir işçinin əmək haqqı 2004-cü illə müqayisədə 41% artıb və 572,2 min manat( $124) təşkil edib.
2004-cü ildə NMR-də rabitə sahəsində göstərilən xidmətin həcmi 7,4 mlpd. manat təşkil edib və Şərur, Babək və Ordubadda ümumi uzunluğu 123,4 km olan telefon xətləri çəkilib.