...

Azərbaycanın İnformasiya Texnologiyaları İnstitutu 2005-ci ilin yekunlarını müzakirə edir

Telekommunikasiya Materials 29 Dekabr 2005 15:57 (UTC +04:00)

Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu 2005-ci ilin yekunları üzrə iclas keçirib. Trend in məlumatına görə, bu barədə institutun yaydığı press-relizdə bildirilir.

Görüşdə 2005-ci il üzrə İTİ-nun həyata keçirdiyi işlərlə yanaşı, ölkənin İT sahəsində nailiyyətləri də müzakirə olunub.

Görüşdə çıxış edən institutun direktoru Rasim Əliquliyev iştirakçıları aparılan elmi-tədqiqat və təcrübə işlərindən, elmi-pedaqoji fəaliyyət, reklam və marketinq üzrə tədbirlər barədə məlumat verib.

İTİ-nun rəhbərinin məruzəsində respublikada İnternetin tətbiqi və inkişafı, korporativ şəbəkələrin təhlükəsizliyi və elektron sənədlərin dövriyyəsi və s barədə məlumatlar diqqətə çatdırılıb.

Məlumatda bildirilir ki, 2005-ci ildə İTİ "Virtual İpək Yolu" çərçivəsində Elmlər Akademiyasının Naxçıvan bölməsini, Mingəçevirin Dövlət Universiteti və Politexniki İnstitutunu İnternetə birləşdirib, www.ict.az saytı hazırlanıb

Xəbər lenti

Xəbər lenti