...

Azərbaycan informasiya mübadiləsi zonası olacaq

Telekommunikasiya Materials 20 Fevral 2006 17:23 (UTC +04:00)

2005-ci ildə Naxçıvan MR-də 8 rabitə evi istismara verilib. Trend bildirir ki, Naxçıvan MR rabitə və informasiya texnologiyaları naziri Rövşən Məmmədov bu barədə bəyan edib.

Onun sözlərinə görə, bunlardan ikisi yeni tikilib, qalan obyektlər isə təmir-bərpa işəlrindən sonra istismara verilib. Obyektlər Babək, Şahbuz və Ordubad rayonlarındadır.

Həmçinin bu dövr ərzi ndə NMR-in rabitə müəssisələri tərəfindən 3034 telefon nömrəsi istismara verilib ki, bu da ötən illə müqayisədə 1164 nömrə çoxdur. Çəkilən telefonların ümumi sayından 981-i şəhər, 2053-ü isə kənd əhalisinin payına düşür.

Bundan başqa, Kəngərli ərazisində olan bütün ATS vahid KAREL sisteminə keçirilib və 5 komplekt HDSL avadanlığı quraşdırılıb.

"2005-ci il ərzində Culfa-Naxçıvan istiqamətində fibrooptik magistralın inşası başa çatdırılıb və layihənin davamı Naxçıvan MR-in fibrooptik magistral vasitəsilə Türkiyə şəbəkəsinə qoşulması olacaq. Bu o deməkdir ki, Azərbaycan informasiya mübadiləsi sahəsində azad zona olacaq" -deyə nazir qeyd edib.

Ümumilikdə, NMR ərazisində rabitə sahəsində proqnozlaşdırılan 12 mlrd. manata qarşı 13 mlrd. 159 mln. manat həcmində xidmət göstərilib. Əhaliyə göstərilən xidmət ötən ilin analoji dövrü ilə müqayisədə 111,1% təşkil edib. Rabitə sahəsində yeni açılan iş yerlərinin sayı 21 olub.

Xəbər lenti

Xəbər lenti