...

2007-ci ilin sonuna qədər Bakı telefon şəbəkəsi tam elektronlaşdırılacaq

Telekommunikasiya Materials 19 İyun 2006 15:46 (UTC +04:00)

2007-ci ilin sonuna qədər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Bakı telefon şəbəkəsinin elektronlaşdırılmasını başa çatdırmağı planlaşdırır. Trend agentliyi nazirliyə istinadən xəbər verir ki, indiyə qədər Azərbaycanda İnformasiya-Kommunikasiya Texnologiyalarının İnkişafı üzrə Dövlət Proqramı (2004-2008-ci illər) çərçivəsində Bakıda 120 min nömrə istifadəyə verilib. Digər analoq ATS-lərin bərpası layihəsi hazırlanıb.

Bu işlər çərçivəsində iyunun sonuna qədər Bakı Telefon Rabitəsi İB Next Generation Network (NGN) texnologiyası ilə işləyən yeni ATS-ləri istismara verməyi planlaşdırıır. Hazırda köhnə ATS-lərdə (466/67, 461/62/63, 468/69/60) bu istiqamətdə iş aparılır. Telefon nömrələrinin ümumi tutumu 82 min təşkil edir.

İşlər başa çatdıqdan sonra bu ATS-lərin abunaəçiləri NGN-nin bütün xidmətləri, xüsusilə, geniş zolaqlı xidmətlərindən yararlana bilər.

Bu günə kimi Bakı şəhər rabitəsinin 70%-i elektronlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti