...

Oracle korporasiyası Azərbaycanda öz ofisini açmağa hazırlaşır

Telekommunikasiya Materials 6 İyul 2006 14:30 (UTC +04:00)

Oracle korporasiyası 2007-ci maliyyə ilində Azərbaycanda öz ofisini açmağa hazırlaşır. Trend in verdiyi xəbərə görə, bu barədə Oracle korporasiyasının məlumatında deyilir. Analoji ofisin Belorusiyada açılması da planlaşdırılır.

Hazırda 25 -dən çox şirkət konsaltinq təcrübəsinə malikdir və Oracle korporasiyasının biznes- əlavələri üzrə MDB-də layihələr həyata keçirirlər. Tətbiq etmə təcrübəsinin bu gün MDB-də 1300-dən artıq məsləhətçisi var, onların arasında Oracle Consulting-in təxminən 100 əməkdaşı var.

2007-ci maliyyə ilində Oracle Rusiya və MDB-dəki bütün bazarlarda mövqelərini gücləndirməyi nəzərdə tutur və əlavə olaraq, bütün biznes istiqamətləri üzrə satışların şaquliləşdirilməsi barədə elan edir. Məlumat bazası və əlaqələndirici proqram təminatı bazarında Oracle kiçik və orta müəssisələr bazarında ekspansiyanı gücləndirməyi və böyük müəssisələrə fokus sahələrinin təklif edilməsini genişləndirməyi planlaşdırır. 2007-ci maliyyə ilində Oracle MDB-də sistem inteqratorları üçün fokus partnyor proqramlarının inkişafını, regional partnyor şəbəkələrinin genişləndirilməsi və korporasiyanın yeni texnologiyaları, hər şeydən əvvəl Oracle Fusion Middleware və Oracle Business Intelligence üzrə ekspertizanın gücləndirilməsini davam etdirəcək.

"Azərbaycanda Oracle günləri" zamanı bu ilin fevral ayında Oracle korporasiyasının MDB ölkələri üzrə vitse-prezidenti və baş direktoru Boris Şerbakov Azərbaycanda ofisin açılması məsələsinə də toxunub. Korporasiyanın nümayəndəsi Azərbaycanın İT bazarını həm cəlbedici bazar kimi qiymətləndirib, həm də Azərbaycanın şirkət üçün prioritet bazar olduğunu və burada digər Zaqafqaziya ölkələri ilə müqayisədə iqtisadiyyatın xeyli inkişaf etdiyini bildirib. Hələ o zaman o bildirib ki, Azərbaycandakı ofis həyata keçirilən işlərin artması ilə əlaqədar zərurət yaranan zaman açılacaq.

Qeyd edək ki, Oracle Azərbaycanla əməkdaşlıq təcrübəsinə malikdir. Oracle korporasiyasının texnologiyaları indiyə qədər ölkənin bir sıra dövlət müəssisələrində - Prezident Aparatında, Maliyyə Nazirliyində, Daxili İşlər Nazirliyində, Dövlət Neft Fondunda, Azərbaycanın Milli Bankında, Azərcell BM-də, Barmek Azerbaijan şirkətində və s. tətbiq olunub.

Məlumatda həmçinin deyilir ki, ötən il Oracle korporasiyasının MDB bazarındakı cəlbediciliyi artıb. İl ərzində MDB ölkələrinin 35 müəssisəsi Oracle korporasiyasının biznes-sistemlərinə üstünlük verib. Oracle-nin regionda biznes- əlavə lisenziyalarının satışı 50% artıb.

Xəbər lenti

Xəbər lenti