...

Azərbaycanın ən iri rayon mərkəzində rabitə obyektlərinin açılış mərasimi keçirilib

Telekommunikasiya Materials 29 İyul 2006 14:36 (UTC +04:00)

Bu gün Bərdədə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun iştirakı ilə rabitə obyektlərinin açılış mərasimi keçirilib. Nazirliyin informasiya mərkəzinin başçısı Müşfiq Əmirovun Trend ə verdiyi məlumata görə, İmirli kəndində 512 nömrə, Həsənqayada isə 250 nömrə tutumlu yeni EATS, mərkəzi poçtamt və telekommunikasiya qovşağının inzibati binası istismara verilib.

Açılış mərasimində dövlət rabitə müəssisələrinin, rayon icra hakimiyyətinin rəhbərləri iştirak edib.

M.Əmirovun sözlərinə görə, nazir obyektlərin açılış mərasimindən əvvəl Heydər Əliyev muzeyinə baş çəkib.

Hazırda Nazirliyin tərkibinə daxil olan Aztelekom, Azerpocht, BTRIB, Teleradio kimi müəssisələrin rəhbərlərinin iştirakı ilə və Ə.Abbasovun sədrliyi altında birinci yarımilin yekunlarına həsr olunmuş kollegiya keçirilir. Videokonfrans rabitəsi vasitəsilə bir sıra regionların TKQ da iclasa qoşulub.

Xəbər lenti

Xəbər lenti