...

Azərbaycan Ümumdünya Poçt İttifaqının sessiyasında iştirak edəcək

Telekommunikasiya Materials 20 Sentyabr 2006 13:07 (UTC +04:00)

Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) İnzibati Şurasının (İŞ) sessiyasında iştirak edəcək. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən Trend ə verilən məlumata görə, tədbirdə nazirliyin dövlət müəssisələrinin fəaliyyətinin koordinasiya şöbəsinin poçt sektorunun baş məsləhətçisi Nəsir Həmidov iştirak edəcək.

Sessiyalar oktyabrın 9-dan 20-ə qədər Berndə keçiriləcək.

Oktyabrın 9-dan başlayaraq ÜPİ müxtəlif işçi qruplarının toplantıları keçiriləcək, oktyabrın 19-20-də isə təşkilatın inzibati şurasının plenar toplantısı olacaq. Tədbirlərdə ÜPİ İŞ-nin üzvü olan ölkələrdə universal poçt xidmətləri məsələləri, maliyyə məsələləri, müxtəlif növlü poçt xidmətləri, o cümlədən EMS və s. üzrə məsələlər nəzərdən keçiriləcək.

Toplantılar çərçivəsində həmçinin poçt daşımalarına dair maliyyə hesablamaları metodologiyasına həsr olunmuş seminar da keçiriləcək.

ÜPİ İŞ sessiyası hər il Berndə 41 üzvün iştirakı ilə ÜPİ-nin qərargahında keçirilir.

Xəbər lenti

Xəbər lenti