...

Azərbaycanda elektron kommersiya formalaşdırılmalıdır

Telekommunikasiya Materials 21 Sentyabr 2006 16:15 (UTC +04:00)

Azərbaycanın informasiya cəmiyyətinə keçməsi üçün ilk növbədə elektron kommersiya yaratmaq lazımdır. Trend xəbər verir ki, Milli Elmlər Akademiyasının informasiya texnologiyaları institutunun direktoru Rasim Əliquluyev bu fikirdədir.

Onun sözlərinə görə, elektron kommersiya yeni müasir rabitə texnologiyalarının tətbiqi, İT sahənin bütün istiqamətləri üzrə islahatların keçirilməsini tələb edir.

Azərbaycanda ümumi İnternet vəziyyəti şərh edən mütəxəssis Azərbaycan dilində İnternet resurslarının, bu istiqamətdə statistikanın olmadığını vurğulayıb. Bu statistikanın bazasında tədqiqat işləri aparmaq olardı.

"Azərbaycan digər ölkələrlə müqayisədə milli domenli saytların sayına görə xeyli geridədir. Bu göstərici 3 mindən bir qədər çoxdur. Bu, heç də qənaətbəxş rəqəm deyil", - deyə o bildirib.

Xəbər lenti

Xəbər lenti