...

Azərbaycan nümayəndə heyəti Tbilisidə kommunikasiya problemləri üzrə zirvə görüşündə iştirak edir

Telekommunikasiya Materials 25 Sentyabr 2006 17:27 (UTC +04:00)

Bu gün Tbilisidə telekommunikasiya sahəsində ikigünlük zirvə görüşü öz işinə başlayıb. Kommunikasiyanın Tənzimlənməsi üzrə Milli Komissiyadan Trend in xüsusi müxbirinə verilən məlumata görə, görüşdə Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin və Tənzimləyici Departamentinin nümayəndələri iştirak edirlər.

Tədbir Avrasiya ölkələri arasında əməkdaşlıq layihəsi çərçivəsində keçirilir. Layihə Türkiyə Tənzimləyici Kommunikasiya Komissiyasının təşəbbüsü ilə 2003-cü ildə yaradılıb.

Tərəflər arasında imzalanmış memorandum bu sahədə əməkdaşlığı və qarşılıqlı yardımı nəzərdə tutur. Layihə çərçivəsində üç işçi qrupu - koordinasiya məsələləri, bazarın tənzimlənməsi və məhdud resurslar üzrə işçi qrupları yaradılıb. Tbilisidə keçirilən ikinici görüşü də elə bu qruplar hazırlayıblar. Görüşdə Gürcüstanın İqtisadiyyat Nazirliyinin və Kommunikasiya Milli Komissiyasının, Türkiyənin Nəqliyyat və Kommunikasiya Nazirliyinin, Azərbaycanın Rabitə və İnformasiya Texnologiyları Nazirliyinin və Tənzimləyici Departamentinin nümayəndələri, eləcə də Monqolustan və Tacikistanın tənzimləyici kommunikasiya orqanlarının təmsilçiləri iştirak edirlər.

Xəbər lenti

Xəbər lenti