...

"Smart Systems Technology" "BakuTel 2006"da yeni məhsullarını nümayiş etdirəcək

Telekommunikasiya Materials 29 Sentyabr 2006 17:37 (UTC +04:00)

Azərbaycanın "Smart Systems Technology" şirkəti oktyabrın 3-6-da "BakuTel-2006" telekommunikasiya və informasiya texnologiyaları üzrə 12-ci beynəlxalq sərgisində iştirak edəcək. Şirkətin marketinq üzrə meneceri Sübhan Qaragözün Trend ə verdiyi məlumata görə, Smart sərgidə yeni xidmət və məsullarını təqdim etmək niyyətindədir.

"SMS BANKING xidmətlərinin təşkili üçün SMS BANKING modulunun tətbiqi, ADSL xidmətləri, sığorta və ümumi biznes fəaliyyətinin avtomatlaşdırılmış sisteminin yaradılıması və sair kimi yeni xidmətlər təqdim olunacaq", - deyə o vurğulayıb.

Ümumlikdə, sərgidə 120-dən çox şirkətin, o cümlədən 15 ABŞ şirkətinin iştirakı gözlənilir.

Sərginin əsas bölmələri bunlardır:

- Telekommunikasiyalar və şəbəkələr;

- İT və ofis texnologiyaları;

- Kabel və naqilsiz rabitə;

- Peyk rabitəsi və texnologiyaları;

- Teleradio yayım avadanlığı və texnologiyaları;

- Bank texnologiyaları və xidməti;

- Təhlükəsizlik sistemləri;

- Geniş zolaqlı rabitə və texnologiylar;

- Proqram təminatı və avtomatlaşdırma sistemləri;

- E-biznes & E-hökumət.

Sərgidə aşağıdakı şirkətlər tərəfindən təqdimat mərasimlərinin keçirilməsi planlaşdırılır.

- Advantek International, Inc - Vetra generatorları, naqilsiz çıxış sistemləri;

- AB SkyBell Communications - İnternetə çıxış xidmətləri: Dial-up, ADSL, Leased Lines;

- Alcatel - IPTI, My Music, My Iideo;

- AZEL (Azerbaijan Electronics) - Epson məhsullarının təqdimatı, Lazer yeni xətkeşi;

- FOREX-AZ MMC -Müştərilərin aktivlərinin etibarlı idarə olunması;

- Hesfibel-Caspian Communication and Trade LTD -Optical data cabinest;

- Rustelcom - Magelan multi-servis sistemi.

"BakuTel" sərgisi 1995-ci ildən etibarən hər il keçirilir. Keçən il sərgidə 100-dən artıq şirkət iştirak edib.

"Bakutel-2006" "ITE Group PLC" beynəlxalq sərgi şirkəti və onun Qafqazda eksklüziv tərəfdaşı olan "Iteca Caspian LLC" tərəfindən Azərbaycanın Rabitə Nazirliyi ilə birgə təşkil olunur.

Bu il, ilk dəfə olaraq, sərgi dövlət başçısı İlham Əliyevin himayəsi altında keçəcək.

Xəbər lenti

Xəbər lenti