...

Ekspertlər qrupu Azərbaycanda texnoparkların yaradılması ilə bağlı tövsiyələr hazırlayır

Telekommunikasiya Materials 2 Oktyabr 2006 12:43 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiaları Nazirliyinin ekspertlər qrupu ölkədə yüksək texnologiyaların inkişafı üzrə xüsusi iqtisadi zonaların yaradılması ilə bağlı tövsiyələr hazırlayır. Trend in xəbər verdiyi kimi, bu barədə oktyabrın 2-də rabitə naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, qısa müddət ərzində sənədlər hökumətin müzakirəsinə təqdim ediləcək.

O qeyd edib ki, tövsiyələr 5 əsas komponentdən ibarətdir: 1. Texnoparkların yaradılması. 2. Elektron məhsulların istehsalı və ixracı üçün regional bazarın yaradılması. 3. Yüksək keyfiyətli İKT xidmətləri ilə təmin etmək üçün daxili infrastrukturun yaradılması. 4. Tranzit regional mərkəzin yaradılması. 5. İnsan ehtiyatlarının inkişaf etdirilməsi (İKT üzrə universitetin yaradılması).

Xəbər lenti

Xəbər lenti