Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə korporativ şəbəkənin yaradılması üçün avadanlıq Bakıya çatdırılıb və hazırda avadanlıq quraşdırılır. Layihənin icraçısı Smart Systems Technology şirkətidir. Şirkətdən Trend ə verilən məlumata görə, şəbəkənin yaradılması optik xəttlərin olduğu rayonlardan başlayıb.
"Layihə üzrə işlərin dekabr ayına qədər tamamlanması planlaşdırılır", - deyə şirkətdən məlumat verilib.
Korporativ şəbəkə, Bakı da daxil olmaqla, nazirliyin 76 struktur bölməsini və onun baş idarəsini əhatə edəcək.
Şəbəkə "Təqaüd və sosial təminat" layihəsi çərçivəsində yaradılır. Layihənin reallaşdırılması üçün Beynəlxalq İnkişaf Assosiasiyası Əmək Nazirliyi üçün 5 mln. ABŞ dolları həcmində kredit vəsaiti ayırıb.