...

Azercell İIR üzərindən ZəngimCell xidmətini təqdim edir

Telekommunikasiya Materials 3 Noyabr 2006 11:34 (UTC +04:00)

Artıq Azercell abunəçiləri IIR üzərindən də (interaktiv səsli cavablama) çağırış zənglərini istənilən səs və ya musiqi fraqmentləri ilə əvəz edə bilər. Bunun üçün 6900 nömrəsinə zəng etmək kifayətdir. Salamlamadan sonra sizə səsli yardım göstəriləcək. Bu barədə Trend şirkətin məlumatına istinadən xəbər verir.

Hər yüklənmiş səs və ya musiqi fraqmenti - 2,00 AZN (ƏDI xaric) təşkil edir (və ya 500 kontur + 6900 qısa nömrəsinə edilən zəngin haqqı - 1 dəqiqə - 0,05 AZN (ƏDI xaric) və ya hər 2 saniyyə - 1 kontur)

"Azercell Telekom" MM 19 yanvar 1996-cı ildə yaradılıb. İlk təsisçiləri Türkcell İletişim Hizmetleri A.S. və Azərbaycanın Rabitə Nazirliyi olub.

Azercell fəaliyyətə 15 dekabr 1996-cı ildə başlayıb.

Hazırda operatorun abunəçilərinin sayı 2 milyonu keçir.

Xəbər lenti

Xəbər lenti