...

Azərbaycanın Rabitə Nazirliyi yeni rabitə obyektlərini istismara verib

Telekommunikasiya Materials 16 Noyabr 2006 16:07 (UTC +04:00)

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Konstitusiya günü münasibəti ilə yeni rabitə obyektlərini istismara verib. Dövlət müəssisəsinə istinadən Trend xəbər verir ki, Aztelekom istehsalat birliyi Gəncə və Lənkəran telekamunikasiya qovşaqlarında (TKQ) CDMA standartına uyğun 1000 nömrə tutumlu EATS, Qyagiran və Mamusta kəndlərində KAREL DS-200 tipli 256 nömrə tutumlu EATS istismara verilib, mərkəzi Neftçala TKQ-nın EATS-i 256 nömrə ilə genişləndirilib və Qədimkənd kəndində isə 512 nömrəli KAREL DS-200 EATS-i quraşdırılıb.

Azərpoçt dövlət müəssisəsi öz növbəsində Nabranda, Qaxda, Ağdamda, Saatlıda, Şəmkirdə, Hacıqabulda və digər yerlərdə poçt fliallarını və şöbələrini tikib və istismara verib.

Adı çəkilən işlər Rabitə Nazirliyi tərəfindən Azərbaycan regionlarının sosial- iqtisadi inkişafı və "Elektron Azərbaycan" adlı dövlət proqramlarına müvafiq həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti