...

Nazir: Azərbaycanda elektron hökümət layihələri 2007-ci ildən tətbiq olunmağa başlayacaq

Telekommunikasiya Materials 21 Dekabr 2006 14:49 (UTC +04:00)

2007-ci ildə Azərbaycanda elektron hökümət layihələrinin tətbiq edilməsi istiqamətində konkret işlər başlanılacaq. Trend xəbər verir ki, bu barədə bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, artıq beynəlxalq təşkilatlar, böyük şirkətlərlə danışıqlar aparılıb, başlıca prinsiplər müəyyən olunub.

"Nazirlik 2005-2008-ci illərdə Azərbaycanda rabitə və informasiya texnologiyalarının inkişafı üzrə dövlət proqramı çərçivəsində elektron hökümət, xüsusi iqtisadi zonaların yaradılması və informasiya xidmətlərinin genişləndirilməsi üzrə işlər görür", - deyə Ə.Abbasov vurğulayıb.

Nazirin sözlərinə görə, hazırda Azərbaycanda bir sıra nazirliklər səviyyəsində müxtəlif komponentlər tətbiq olunur.

"Bu istiqamətdə biz bir sıra təkliflər hazırlayan Cisco və Microfosf ilə danışıqlar apardıq", - deyə o bildirib.

Dünən Rabitə Nazirliyi və Cisco "E-hökümət: problemlər və həllər" adlı birgə seminar keçirdilər. Tədbirin əsas məqsədi elektron hökümət sahəsində şirkətin təcrübəsi və bu təcrübənin Azərbaycanda tətbiq edilmə imkanı ilə tanışlıqdan ibarət olub.

Xəbər lenti

Xəbər lenti