...

Rusiya və MDB-nin ən böyük pərakəndə satış şirkətlərindən biri "Yevroset" Azərbaycanda ilk mağazasını açıb

Telekommunikasiya Materials 23 Yanvar 2007 17:16 (UTC +04:00)

Rusiya və MDB-nin ən böyük pərakəndə satış şirkətlərindən biri "Yevroset" Azərbaycanın pərakəndə satış bazarına daxil olduğunu bildirib. Trend şirkətin məlumatına istinadən xəbər verir ki, bu gün yaxın xaric ölkələrinin mənimsənilməsi strategiyası çərçivəsində "Yevroset" şirkətinin Azərbaycanın paytaxtı Bakıda ilk mağazası açılıb.

Beləliklə, şirkət 12 ölkədə öz mağazasını açıb.

""Yevroset" planlı şəkildə öz şəbəkəsini yalnız Rusiyada deyil, başqa ölkələrdə də artırır. Şirkətin Azərbaycana daxil olması - bizim Rusiyadan kənardakı inkişafımızın məntiqi davamıdır. Azərbaycanda "Yevroset" mağazalarında maksimal şəkildə geniş çeşiddə məhsul və xidmətlər təqdim olunacaq. Ümid edirəm ki, biz azərbaycanlı alıcıların ürəyinə yol tapacağıq", - deyə "Yevroset" şirkətinin prezidenti Eldar Razroyev bildirib.

"Yevroset" - mobil riteyl bazarında işləyən ən böyük şirkət və ən böyük rabitə operatorlarının aparıcı dileridir. Şirkət fəaliyyətinin əsas istiqamətləri mobil telefonların, rəqəmsal fotoaparatların, DECT telefonlarının, fərdi audio aksesuarların pərakəndə satışının həyata keçirilməsi, rabitə operatorlarına qoşulma və müştərilərə informasiya xidmətinin göstərilməsidir. Hazırda şirkəti Rusiya, Ukrayna, Belorusiya, Moldava, Estoniya, Latviya, Litva, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Ermənistan və Azərbaycanda yerləşən 5100-dən çox mağaza təmsil edir.

2006-cı ildə Yevroset şirkətinin dövriyyəsi 4,62 mlrd. dollar təşkil edib. Bu isə ötən ildəkindən 79% çoxdur.

2006-cı ilin sonunda MDB-nin 10 ölkəsinin (Rusiya, Ukrayna, Belorusiya, Moldova, Estoniya, Latviya, Litva, Qazaxıstan, Özbəkistan, Qırğızıstan) 1221 şəhərində salonların sayı 5087 olub. 2005-ci ilin sonu ilə müqayisədə, 2006-cı ilin sonunda salonların sayının artımı 64% təşkil edib.

2006-cı ildə şirkətin satdığı mobil telefonların sayı 12,117 mln. ədəddən çox və ya mobil telefonların dünya satışından 1,23% çox olub. Yəni şirkətin salonlarında dünyada satılmış hər 80-ci mobil telefon satılıb. Şirkətin 2006-cı ildə satdığı mobil telefonların sayı ötən ilki satışlardan 33% çoxdur.

Xəbər lenti

Xəbər lenti