Azərbaycan, Bakı, Trend müxbir S.Babayeva.
Cümə axşamı Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, nazirlik Ədliyyə Nazirliyinə keçən ilin sonlarında təsis edilmiş informasiya-kommunikasiya texnologiyaları naminə insan resursları xeyriyyəçilik fondunun qeydiyyatı üçün sənəd təqdim edib. "Biz qeydiyyat məsələsinin tezliklə həllində maraqlıyıq,belə ki, fond çərçivəsində tədbirlərin həyata keçirilməsinə böyük tələbat var", - deyə nazirlikdən bildiriblər. Fondun yaranmasında əsas məqsəd rabitə və informasiya texnologiyaları sahəsində yerli kadrların xaricdə təhsilinə, ixtisas səviyyəsinin yüksəldilməsinə yardım etməkdir. Fonda özəl şirkətlər və Rabitə Nazirliyi tərəfindən vəsaitlər ayrılacaq. Fondun tərkibinə təxminən 20 İKT şirkəti, o cümlədən AZEL, Sinam, Ultra, Catel, Azercell, Bakcell, Azerfon, Microsoft daxildir. Onun tərkibinə istənilən digər İKT şirkətiləri də daxil ola bilər. Strukturun qeydiyyatından sonra idarə heyəti üzvlərinin seçiləcəyi və fəaliyyət planının müəyyən ediləcəyi ilk iclası keçiriləcək.