...

Rabitə Nazirliyi əhalinin aztəminatlı hissəsini kompüterlə təchiz etməyə çalışır

Telekommunikasiya Materials 7 Mart 2007 21:02 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi əhalinin aztəminatlı hissəsini kompüterlə təchiz etmək niyyətindədir. Bu barədə məlumatı Rabitə Nazirliyindən veriblər. Bu məsələ ilə əlaqədar olaraq əvvəllər "Milli kompüter" adlanan "Xalq kompüteri" layihəsi nəzərdən keçirilir. İki ay ərzinndə nazirliyin mütəxəssisləri, Intel və Microsoft şirkətlərinin əməkdaşları hökumətə təqdim olunacaq təkliflər paketi hazırlayacaq.

"Xalq kompüteri" layihəsinin əsas mahiyyəti əhalinin aztəminatlı hissələrinə aşağı faiz dərəcələri və uzunmüddətli kreditlərlə kompüterlərin verilməsindən ibarətdir.

Eyni zamanda bu layihədə yerli icra hakimiyyəti orqanlarının, məşğulluq xidməti və İnternet klubların cəlb edilməsi, əhaliyə kompüterdən ilkin istifadə kurslarının keçirilməsi imkanlarına da baxılır.

Hazırda aparılıan təqribi hesablamalara görə, Azərbayacanda hər 100 nəfərə 3-4 kompüter düşür. Bu layihə həyata keçirildikdən sonra isə bu rəqəm 5 dəfəyə qədər artırıla bilər.

Xəbər lenti

Xəbər lenti