...

Turkcell-in Life-a yatırdığı investisya 470 mlrd dolları ötüb

Telekommunikasiya Materials 12 Aprel 2007 16:37 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/Avropanın iri mobil operatorlarından olan Turkcell-in Ukraynanın Life şirkətinə yatırdığı investisiya 470-500 mln dollar təşkil edib. Bu barədə cümə axşamı Türkiyə, Xəzər və Qara dəniz bölgələri, Mərkəzi Asiya və Rusiya üçün Telekommunikasiya və İnformasiya Texnologiyaları üzrə 6-cı regional Konfrans - Caspian Telecoms 2007-nin gedişində Turkcell şəbəkə tənzimləmələri və əməliyyatlarının rəhbəri İlter Terzioğlu bildirib.

Onun sözlərinə görə, 2005-ci ilin fevralından fəaliyyətə başlayan Life operatorunun abonentlərinin sayı ilin sonuna 5,6 mln. nəfər təşkil edib.

Turkcell təmsilçisi bildirib ki, 231 min nəfər əhaliyə nisbətdə penetrasiyanın (əhalinin sayına nisbətdə mobil telefonlar) 101 faiz olduğu Şimali Kipr Türk Respublikasında operator yoxdur.

Xəbər lenti

Xəbər lenti