...

Fintur Holdings-in direktoru: Xəzər regionu dövlətlərinə telekommunikasiyanı inkişaf etdirmək lazımdır

Telekommunikasiya Materials 12 Aprel 2007 16:43 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Xəzər regionu dövlətləri, əsasən Azərbaycan və Qazaxıstan üçün iqtisadiyyatın diversifikasiyası və neft-qaz sahəsindən asılılığın azaldılması üçün telekommunikasiya sahəsini inkişaf etdirmək lazımdır. Bu barədə cümə axşamı Türkiyə, Xəzər və Qara dəniz Regionu, Mərkəzi Asiya və Rusiyanın telekommunikasiya və IT texnologiyaları üzrə Caspian Telecoms-2007 altıncı regional konfrasda Fintur Holdings B.V.-nin baş icraçı direktoru Serkan Elden (Serkan Elden) bildirib.

Onun sözlərinə görə, Avrasiya regionu iqtisadi artım templərinə görə dünyada lider mövqe tutur və bu regionun mərkəzi Xəzər regionudur.

"Bu səbəbdən dünyanın ən inkişaf etmiş ölkələri nümayəndəlik və filiallarını burada açmaqda maraqlıdır", deyə o, bildirib.

Fintur Holdings B.V.-nin rəhbəri hesab edir ki, Xəzər regionunda informasiya texnologiyalarının sürətli inkişafı üçün ilk növbədə IT bazarının liberallaşdırılmasını dərinləşdirmək, özəlləşdirməni sürətləndirmək və qabaqcıl müasir texnologiyaların, məsələn, yalnız Gürcüstan ərazisində holdinq müəssisələri arasında tətbiq olunan 3G kimi texnologiyaların tətbiqini hər cürə təşviq etmək lazımdır.

Fintur Holdings B.V. - Turkcell və TeliaSonera şirkətlərinin birgə müəssisəsidir. TeliaSonrea Fintur-un 58,55 faiz səhminə malikdir, Turkcell-in səhm paketi isə 41,45 faiz təşkil edir.

Şirkət Azərbaycan (Azercell), Qazaxıstan (K'Cell), Gürcüstan (Geocell) və Moldovada (Moldcell) fəaliyyət göstərir. Fintur abunəçilərinin sayı bu gün 7,4 mln-dan çoxdur.

Xəbər lenti

Xəbər lenti