...

Azərcell Yaponiya ilə ilk GRPS/MMS rouminq sazişini bağlayıb

Telekommunikasiya Materials 20 Aprel 2007 17:13 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Azərbaycanın mobil operatoru olan Azercell Telecom Yaponiyanın NTT DoCoMo operatoru GPRS/MMS rouminq sazişi bağlayıb. Bu Azərcell Telecom-un Yaponiya ilə ilk GPRS/MMS rouminq müqaviləsidir.

Bu gün Azercell Telesom-un GRPS/MMS sahəsində dünyanın 38 ölkəsinin 85 operatoru ilə rouminq sazişi var.

2,5 milyon abunəçiyə malik Azərcell Telecom Azərbaycanın mobil rabitə bazarının 77 faizini və əhalinin 99 faizini əhatə edir.

Azərcell Telecom 1996-cı ilin 19 yanvarında yaradılıb. Şirkət həmin ilin dekabrında fəaliyyətə başlayıb. O abunəçilərinə öncədən ödəmə əsasında xidmətlər təklif edib.

Azercell Telecom Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (35.7faiz) və Fintur Holdings BV (64.3 faiz) şirkətinin birgə yaratdığı müəssisədir.

Fintur Holding B.V.-dəki iştirakın 41,45 faizi Türkiyənin "Turkcell" şirkətinə, 58,55 faizi isə Finlandiyanın "Teliasonera" şirkətinə məxsusdur.

Xəbər lenti

Xəbər lenti