...

Azərbaycanın iqtisadi inkişaf naziri telefon danışıqlarının yeni tariflərini elan edib

Telekommunikasiya Materials 17 May 2007 13:04 (UTC +04:00)
Azərbaycanın iqtisadi inkişaf naziri telefon danışıqlarının yeni tariflərini elan edib

Azərbaycan, Bakı /müx. Trend İ.Xəlilova/ Azərbaycanın Tarif Şurası bu həftə keçirdiyi toplantıda telefon rabitəsi, səhiyyə, istehlak bazarına dövlət nəzarəti xidmətləri, dəniz administrasiyası, baytarlıq xidməti, bağ təsərrüfatlarının istifadəsi və inkişafı birliyi, kommunal və digər xidmətlərlə bağlı tarifləri müzakirə edib.

Cümə axşamı keçirdiyi brifinqdə Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayev bildirib ki, müzakirəyə çıxarılan 13 tarifdən yalnız dördü ilə bağlı qərar qəbul edilib.

Konkret olaraq iyunun 1-dən telefon danışıqlarına görə aylıq abunə haqqı 0,7 manatdan 2 manata çatdırılacaq. Babayevin sözlərinə görə, bunun əvəzində respublika daxilindəki şəhərlərarası danışıqların 1 dəqiqəsinin qiyməti 0,09 manatdan 0,07 manatadək endiriləcək.

Eyni zamanda bütün kateqoriyalı abunəçilər üçün beynəlxalq telefon danışıqlarının tarifləri endirilib:

- MDB və Baltikyanı respublikalarına zənglər 0,45 manatdan 0,36 manatadək,

- İran, Türkiyə, Pakistan - 0,54 manatdan 0,45 manatadək,

- Avropa ölkələrinə - 0,72 manatdan 0,54 manatadək,

- ABŞ və digər ölkələrə - 0,9 manatdan 0,54 manatadək.

Xəbər lenti

Xəbər lenti