...

"Baktelekom" CDMA üzrə yeni tarif paketi təqdim edib

Telekommunikasiya Materials 21 May 2007 17:36 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Maydan etibarən "Baktelekom" İB yeni - CDMA (Code Division Multiple Access) üzrə rabitə xidmətlərinin üçüncü tarif paketini tətbiq edib. Bu barədə bazar ertəsi İB-dən məlumat verilib.

Yeni paket üzrə abunə haqqı yerli daxil olan və çıxan zənglərə 600 dəqiqəlik danışıq vaxtı ilə ayda 5 manat təşkil edir. Qoşulma dəyəri 10 manat təşkil edir. 600 dəqiqənin başa çatmasından sonra abunəçi hər dəqiqə üçün ödəməli olacaq. 1 dəqiqənin dəyəri 0,01 manat təşkil edir.

"Baktelekom"un iki başqa paketinə aşağıdakılar daxildir: birincisi - yerli daxil olan və çıxan zənglər üzrə aylıq 300 dəqiqəlik limitlə, ikincisi - limitsiz paket. Birinci paket üzrə aylıq abunə haqqı 2 manat, ikinci paket üzrə 10 manat təşkil edir.

CDMA nömrəsinə qoşulma üzrə ödəmə hər iki paket üzrə 20 manat təşkil edir.

İB-dən məlumat verilib ki, "Baktelekom" 5 mindən çox abunəçiyə malikdir və CDMA xidmətlərinə əhali arasında kifayət qədər tələbat var və "Baktelekom"un bütün şöbələri tərəfindən göstərilir.

CDMA (Code Division Multiple Access - Kod bölmələrilə çoxsaylı daxil olma sistemi) GSM tərəfindən işlənmiş və ilk dəfə QUALCOMM tərəfindən tətbiq olunmuş rəqamsal simsiz texnologiyadır. CDMA nitq və rəqamsal məlumatı konversiya edir, daha sonra simsiz şəbəkə vasitəsilə radiosiqnal kimi ötürür. İlk dəfə 1995-ci ildə kommersiya məhsulu kimi təqdim olunmuş CDMA dünyada sürətlə yayılan simsiz texnologiyalardan biridir. 1999-cu ildə Beynəlxalq Telekommunikasya Birliyi (International Telecommunications Union) CDMA-nı "üçüncü nəsil" (3G) yeni simsiz sistem üçün sənaye standartı kimi seçib.

Xəbər lenti

Xəbər lenti