...

Azərbaycanda telefon danışıqları üçün yeni tariflər qüvvəyə minib

Telekommunikasiya Materials 1 İyun 2007 12:53 (UTC +04:00)
Azərbaycanda telefon danışıqları üçün yeni tariflər qüvvəyə minib

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ İyunun 1-dən Azərbaycandakı telefon danışıqlarının yeni tarifləri qüvvəyə minib.

Azərbaycanın Tarif Şurası yeni tarifləri mayın 17-də təsdiq edib. Qərara əsasən, ölkədə telefon danışıqlarının abunə haqqı 0,7 manatdan 2 manatadək artırılıb. Bunun müqabilində respublika daxilində şəhərlərası danışıqlar üçün haqq 0,09 manatdan (bir dəqiqə üçün) 0,07 manatadək endirilib.

Eyni zamanda beynəlxalq telefon danışıqları üçün haqlar da endirilib:

- MDB və Baltikyanı ölkələrə zənglər 0,45 manatdan 0,36 manatadək,

- İran, Türkiyə, Pakistan - 0,54 manatdan 0,45 manatadək,

- Avropa dövlətləri - 0,72 manatdan 0,54 manatadək,

- ABŞ və digər ölkələr - 0,9 manatdan 0,54 manatadək.

Xəbər lenti

Xəbər lenti