...

Azərbaycan istifadçilərinə yeni biznes-portal təqdim olunub

Telekommunikasiya Materials 1 İyun 2007 16:22 (UTC +04:00)

Azerbaycan, Bakı/ Trend /Atria şirkəti www.azbina.com adlı yeni layihə - biznes-portal təqdim edib. Şirkətin məlumatında bildirilir ki, bu, özündə dövlət, özəl və humanitar təşkilatların sistemli informasiyalarını birləşdirən biznes-kataloqdur.

Biznes-portal biznesmenlərə iş aləmində asanlıqla istiqamətlənmək, vaxtında və düzgün qərarlar qəbul etmək imkanı yaradacaq. "Hazırda bazarda mövcud olan reklam xarakterli məlumat bürolarından fərqli olaraq www.azbina.com biznesmenin əsas iş alətlərindən biridir", - şirkətdə belə hesab edirlər.

Biznes-portal dörd əsas hissəyə bölünüb:

Rubrikalar: fəaliyyət növü ilə bağlı ümumi sistemli məlumat;

Şirkətlərin kataloqu: şirkətlərin əlifba sırası ilə düzülüşü və biznes-portalda qeydiyyatdan keçmiş şirkətlərin hər biri ilə bağlı lazımi məlumatın daxil olduğu bölmələr;

Korporativ xəbərlər: layihələr, yeni istiqamətlər və fəaliyyətin nəticələri ilə bağlı məlumat;

Mövzusuna görə təsnif edilmiş elanlar lövhəsi;

İstifadəçilərin və iş adamlarının rahatlığını təmin etmək üçün portalda işgüzar və faydalı məlumatlar yerləşdirilib: valyuta kursları və mübadiləsi, birja xülasələri, dünyanın telefon kodları, siyasi və iqtisadi xəbərlər.

Coğrafiya, hava, sərgilər, konfranslar və digər mühüm məlumatın daxil olduğu bölmələr daha çox nüfuza malikdir.

"Dəstək" funksiyası istifadəçilərə portalın rəhbərliyi ilə ONLİNE rejimdə ünsiyyət qurmaq imkanı yaradır.

Şirkətdə bildiriblər ki, biznes-portal informasiya İnternet-xidmətlərinin beynəlxalq standartlarına cavab verir və müasir elanların dəqiq qurulmuş sisteminə malikdir.

Portal effektiv idarəetmə və mənfəətli müqavilələr üçün materialların çeşidli və sistemli toplusunu təqdim edir.

Azərbaycanda yeganə olan bu biznes-portal yerli biznesmenlərə Europages funksiyasının köməyilə Avropanın iş dünyası barədə lazımi informasiyaları əldə etmək imkanı verir. Europages 20 illik iş təcrübəsi və 600 000 daha yaxşı şirkət və təşkilat deməkdir.

Layihə müxtəlif regionların məlumat sistemləri ilə informasiya mübadiləsini və ən düzgün və dəqiq məlumatın çatdırılasını nəzərdə tutur.

Xəbər lenti

Xəbər lenti