...

Bakıda "Qərarların qəbulu və idarəetmə üçün gələcək araşdırmaların metod və konsepsiyaları" adlı seminar keçirilir

Telekommunikasiya Materials 12 İyun 2007 12:34 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Bakıda "Qərarların qəbulu və idarəetmə üçün gələcək araşdırmaların metod və konsepsiyaları"na həsr olunmuş seminar keçirilir.

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, iyunun 1-dək davam edəcək üçgünlük seminarı nazirlik və Azərbaycanın Futuroloqlar Assosiasiyası Minillik layihəsi ilə birgə təşkil ediblər. İyunun 11-də seminarın açılışında Rabitə Nazirliyinin informasiya cəmiyyətinin inkişafı bölməsinin rəhbəri Rüfət Gülməmmədov, Futuroloqlar Assosiasiyasının, biznes strukturlarının və ictimai qurumların nümayəndələri iştirak ediblər.

Seminarı BMT-nin Ümumdünya Assosiasiyaları Federasiyasının Minillik layihəsinin (gələcəyin qlobal araşdırmaları üzrə) direktoru və BMT Universitetinin Amerika Şurasının icraçı direktoru Cerom K. Qlenn aparır. O, Bakıya xüsusi olaraq bu məqsədlə dəvət olunub.

Xəbər lenti

Xəbər lenti