...

Azərbaycanın Rabitə Nazirliyi yeni rabitə obyektlərinin açılışını keçirib

Telekommunikasiya Materials 20 İyul 2007 15:34 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanın rabitə və informasiya naziri Əli Abbasov Zaqatalada rabitə obyektlərinin açılışında iştirak edir. Cümə günü nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun verdiyi məlumata görə, artıq rayonun Yolayrıcı kəndində elektron avtomat telefon stansiyasının (EATS) açılış mərasimi keçirilib. Stansiyanın tutumu 1024 nömrədir.

Bu gün həmçinin rayon mərkəzində poçt şöbəsinin istifadəyə verilməsi mərasimi keçiriləcək, habelə nazirliyin nümayəndə heyəti Zaqatalanın bir neçə rabitə obyektinə baş çəkəcək.

Günün ikinci yarısında kollegiyanın genişləndirilmiş toplantısı keçiriləcək. Toplantı ilin birinci yarısının yekunlarına həsr olunacaq. Nazirin sədrliyi ilə aparılacaq iclasda ilin birinci yarısında görülən işlərə dair maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin rəhbəri Rəşad Nəbiyevin hesabatı dinləniləcək.

Toplantı zamanı Rabitə Nazirliyinə daxil olan bütün strukturlarla videokonfrans rabitəsi təşkil olunacaq.

Xəbər lenti

Xəbər lenti