Azərbaycan, Bakı/ Trend / İyulun 20-də "HP-nin dostları klubu"nun üzvlərinin növbəti görüşü Xəzə Dəniz Gəmiçiliyinin "Kaspar" gəmisində baş tutub. Azərbaycanda "Hewlett Packard" (HP) şirkətinin rəhbərliyi tərəfindən yaradılan klubun görüşü Azərbaycanın Milli Mətbuat Gününə həsr olunmuşdu.
Görüşdə HP-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Rüfət Hacıəlibəyov jurnalistləri təbrik edib və informasiya-kommunikasiya sektorunun inkişafında KİV-in əhəmiyyətini qeyd edib.
Məqsədi informasiya-kommunikasiya texnologiyaları sektorunun işıqlandırılmasında KİV-in dəstəklənməsi olan klubun fəaliyyəti görüşdə xüsusilə qeyd olunub. Klub artıq bir ildən artıqdır ki, fəaliyyət göstərir və klubun üzvləri İKT sektorunu işıqlandıran Azərbaycan KİV-lərinin jurnalistləridir. Azərbaycanda İKT-nin inkişafı və yüksək texnologiyalar sektoruna dövlətin dəstəyinin artması ilə əlaqədar olaraq klub jurnalistlərin İKT sahəsində müntəzəm məlumatlandırılması məqsədilə fəaliyyət planı işləyib hazırlayıb.
"HP-nin dostları klubu"nun üzvlərinin görüşündə "Alfa Alyans" PR agentliyi də təmsil olunub, bu agentlik Azərbaycanda ictimaiyyətlə əlaqələr sahəsində HP-nin maraqlarını təmsil edəcək.