...

"TeliaSonera" şirkətinin yeni prezidenti təyin olunub

Telekommunikasiya Materials 27 İyul 2007 14:52 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ İsveç və Finlandiyanın mobil rabitə bazarının lideri, nəhəng telekommunikasiya şirkəti olan "TeliaSonera" cümə günü yeni prezident və icraçı direktorun təyin edildiyini elan edib. Şirkətin Direktorlar Şurasının qərarına əsasən, bu vəzifəyə Lars Nayberq təyin olunub. O vəzifəsinin icrasına sentyabrın 3-dən başlayacaq.

Hazırda Nayberq "Laser Systems", "IBS", "DataCard"ın sədri və "Autoliv","Snap-on" şirkətlərinin dirketorudur.

Əvvəllər o "NCR Corp" və "Philips" şirkətlərində rəhbər vəzifələrdə çalışıb.

Nayberq 1951-ci ildə anadan olub, Stokholm universitetində biznesin idarə edilməsi ixtisası üzrə təhsil alıb.

"TeliaSonera"ın keçmiş prezidenti və baş icraçı direktou Andres İgel öz postunu bu il iyulun 31-də tərk edəcək. Onun səlahiyyətlərini müvəqqəti olaraq vitse-prezident Kim İqnatius icra edəcək.

İqel 2002-ci ildə Finlandiyanın "Telia" və İsveçin "Sonera Corporation" şirkətinin birləşməsi nəticəsində "TeliaSonera" şirkətinini prezidenti və icrası direktoru olub.

Şirkətin fəaliyyətini mobil rabitə xidmətlərinin göstrilməsi təşkil edir. "TeliaSonera" törəmə şirkətlərlə birlikdə İsveçdə, Finlandiyada, Norveçdə, Danimarkada, Baltik ölkələrində, Türkiyədə və Rusiyada 80,1 milyondan çox müştəriyə xidmət göstərir.

İşçi heyətin sayı 29 min nəfərdir. 2006-ci ildə əldə edilən gəlir 12,9 mlrd. dollar, təmiz gəlir 2,7 mlrd. dollar təşkil edib. Şirkət "Fintur Holdings"in vasitəsilə Azərbaycanın mobil operatoru olan "Azərcell Telecom" BM-in səhmdarıdır, belə ki "Fintur" səhmlərinin 58,55%-i "TeliaSonera"ya məxsusdur.

Xəbər lenti

Xəbər lenti