...

Azərbaycan mobil rabitə abunəçilərinin sayına görə MDB-də ikinci yeri tutur

Telekommunikasiya Materials 2 Avqust 2007 17:04 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir S.Babayeva/ 2007-ci ilin 6 ayı ərzində Azərbaycanın mobil rabitə abunəçilərinin sayı ilin əvvəlində 28 faiz (yaxud 900 min abunəçi) artaraq 4,2 mln. abunəçiyə çatıb. Bunu çərşənbə günü Azərbaycanın rabitə və informasiyta texnologiyaları naziri Əli Abbasov Nazirlər Kabinetinin 2007-ci ilin birinci yarısında sosial-iqtisadi inkişafın yekunlarına həsr olunmuş iclasında bildirib. Toplantı Azərbaycan prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilib.

Nazirin sözlərinə görə, Azərbaycanda hər 100 nəfərə 50 mobil rabitə abunəçisi düşür. "Bu göstəriciyə görə Azərbaycan MDB-də ikinci yeri tutur" - deyə Abbasov söyləyib.

O qeyd edib ki, qısa zamanada yeni mobil rabitə operatoru Azerfon BM abunəçilərinin sayını 100 min nəfərə çatdıra bilib.

Hazırda Azərbayacanda GSM standartı üzrə Azercell Telecom BM, Bakcell və Azerfon BM xidmət göstərir.

Xəbər lenti

Xəbər lenti