...

Bakı Metropoliteni tender elan edib

Tender müsabiqələri Materials 22 Fevral 2012 11:34 (UTC +04:00)
Bakı Metropoliteni stansiya üzrə növbətçilər üçün avtomatlaşdırılmış iş yerlərinin satınalması üzrə tender elan edib.
Bakı Metropoliteni tender elan edib

Azərbaycan, Bakı, 22 fevral /Trend, müxbir E.İsmayılov /

Bakı Metropoliteni stansiya üzrə növbətçilər üçün avtomatlaşdırılmış iş yerlərinin satınalması üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Respublika" qəzetində yerləşdirilmiş məlumatda deyilir.

Tenderdə iştirak etmək istəyənlər yazılı müraciət və başqa sənədləri 12 aprel saat 17:00-dək, tender təkliflərini və bank zəmanətini isə 19 aprel saat 19:00-dək təqdim etməlidirlər.
Tender təkliflərinin açılışı aprelin 20-də saat 15:00-da keçiriləcək.

Əlavə məlumatı almaq üçün aşağıdakı ünvana müraciət etmək olar:
Bakı, Azadlıq prospekti, 22,
Bakı metropoliteninin Hərəkət Xidməti,
Tel.: (+99412) 490 00 31.
Əlaqələndirici şəxs: Etibar İsayev.

Xəbər lenti

Xəbər lenti