...

Azərbaycanda Maliyyə Monitorinqi Xidmətinin beynəlxalq rabitə kanallarına çıxışı üçün tender elan edilib

Tender müsabiqələri Materials 28 Fevral 2012 13:53 (UTC +04:00)
Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Monitorinqi Xidmətinin şəbəkə infrastrukturunun beynəlxalq şəbəkəyə çıxışını təmin etmək üzrə tender elan edib.
Azərbaycanda Maliyyə Monitorinqi Xidmətinin beynəlxalq rabitə kanallarına çıxışı üçün tender elan edilib

Azərbaycan, Bakı, 28 fevral /Trend müxbir H. Vəliyev/

Azərbaycan Mərkəzi Bankı (AMB) Maliyyə Monitorinqi Xidmətinin şəbəkə infrastrukturunun beynəlxalq şəbəkəyə çıxışını təmin etmək üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Xidmətin Satınalmalar Komissiyasının rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Tenderdə iştirak qiyməti 30 manat təşkil edir. İştirakçıların təklifləri 5 mart saat 18:00-a qədər Xidmətin inzibati binasında qəbul edilir.

Tender təkliflərinin açılması 6 mart saat 11:00-da baş tutacaq.

Əlavə məlumatı 598-20-56 (daxili-221) telefon nömrəsi ilə əldə etmək mümkündür. Əlaqəli şəxs-Elvin Şahverdiyev.

Xəbər lenti

Xəbər lenti