...

Azərbaycanda məcburi köçkünlər üçün mikrolayihələrin həyata keçirilməsi üzrə tender elan edilib

Tender müsabiqələri Materials 6 Mart 2012 20:45 (UTC +04:00)
Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Azərbaycan hökumətinin Dünya Bankı (DB) ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində müxtəlif mikrolayihələrin həyata keçirilməsi üçün podradçı şirkətlərin cəlb edilməsi üzrə tender elan edib.
Azərbaycanda məcburi köçkünlər üçün mikrolayihələrin həyata keçirilməsi üzrə tender elan edilib

Azərbaycan, Bakı, 6 mart /Trend, müxbir Ə.Həsənov/

Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu (MKSİF) Azərbaycan hökumətinin Dünya Bankı (DB) ilə birgə maliyyələşdirdiyi layihə çərçivəsində müxtəlif mikrolayihələrin həyata keçirilməsi üçün podradçı şirkətlərin cəlb edilməsi üzrə tender elan edib. Trend-in məlumatına görə, bu barədə MKSİF-in rəsmi mətbuatda dərc edilən məlumatında deyilir.

Məlumata əsasən, məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə infrastruktur və xidmətlər sahəsində mikrolayihələrin həyata keçirilməsinə vəsait ayrılacaq.

İnfrastruktur sektorunda sosial (səhiyyə və təhsil sahələrində obyektlərin tikintisi), iqtisadi (su və elektrik enerjisi təchizatı sisteminin yaxşılaşdırılması, yolların tikintisi) və ekoloji (bərk və maye tullantıların emalı, kanalizasiya sistemləri və nasos stansiyalarının tikintisi) sahələrdə layihələrin həyata keçirilməsi nəzərdə tutulub. Xidmət sahəsində ətraf mühitin mühafizəsi üzrə tədbirlər, yerli mədəni xidmət mərkəzlərinin inkişafına kömək, mebel və avadanlığın alınması və s. reallaşdırılması nəzərdə tutulub.

Tenderdə iştirak etməkdə maraqlı olan təşkilatlar iş təcrübəsi, son 3 il ərzində uğurla başa çatdırılan oxşar işlər, son 3 ildə cəlb edildikləri məhkəmə işləri, işlərin görülməsi üçün texniki bazanın və maliyyə imkanlarının mövcudluğunu sübut edən sənədlər haqqında məlumat təqdim etməlidirlər.

Tenderdə iştirak üçün sənədləri podradçı şirkətlər 2012-ci il 3 aprel saat 16:00-dək aşağıdakı ünvana təqdim etməlidirlər: Bakı ş., Tbilisi prospekti, 57 D, MKSİF-in ofisi, telefon: (012) 431 87 03/69; faks (012) 431 82 11.

Xəbər lenti

Xəbər lenti