...

Azərbaycan Energetika Nazirliyi laboratoriyaların tikintisi üzrə tender elan edib

Tender müsabiqələri Materials 28 Aprel 2012 11:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 aprel/Trend, müxbir E. İsmayılov/

Azərbaycan Sənaye və Energetika Nazirliyi Mingəçevir, İmişli, Yevlaxda dövlər enerji nəzarəti və dövlət qaz nəzarəti üzrə regional sektorlar idarəsinin laboratoriyalarının inzibati binalarının tikintisi üçün iş və xidmətlərin satın alınması məqsədilə tender elan edib. Trend-in məlumatına görə, bu barədə şənbə günü "Xalq qəzeti"ndə yayılan məlumatda deyilir.

Tenderin mövzusu bu binaların mebel, avadanlıq və inventar ili təchiz edilməsi üzrə iş və xidmətlərin satın alınmasıdır.

Tenderdə iştirak etmək istəyənlər aşağıdakı ünvanda tender şərtlərini əld edə bilərlər: Az1000, Bakı, Üzeyir Hacıbəyov, 40, Hökumət evi, 9-cu mərtəbə.

Təkliflər 2012-ci il 11 may saat 17:00-dək təqdim edilməlidir.

Xəbər lenti

Xəbər lenti