...

“Asiya Las Veqası”nın səhmlərinin dəyəri düşməkdə davam edir

Turizm Materials 12 Fevral 2020 04:19 (UTC +04:00)
Çində ölümcül koronavirusun yayılması fonunda “Asiyanın Las Veqası” adlandırılan Makaoda kazino oyunları müəssisələrinin səhmlərinin qiymətləri kəskin dərəcədə düşüb
“Asiya Las Veqası”nın səhmlərinin dəyəri düşməkdə davam edir

Bakı. Trend:

Çində ölümcül koronavirusun yayılması fonunda "Asiyanın Las Veqası" adlandırılan Makaoda ən böyük kazino oyunları müəssisələrinin səhmlərinin qiymətləri kəskin dərəcədə düşüb. Hong Kong Birjasında ticarət məlumatları buna sübutdur.

Trend-n məlumatına görə, yanvarın sonunda keçirilən ticarət sessiyasında sözü gedən müəssisələrdən ən nəhəngləri "Melco International Development" (Makaoda "Studio City Hotel" və digər kazino, hotellərin sahibi) şirkətinin səhmləri 5,2 faiz, "Wynn Macau"nun səhmləri 4,1 faiz ucuzlaşıb. Bununla yanaşı, bu sahənin başqa böyük korporasiyaların səhmlərinin qiymətləri də enməkdə davam edir: "Sands China" - 5,6 faiz, "Galaxy Entertainment" - 5,1 faiz, "SJM Holdings" - 3,6 faiz.

Makaoda ənənəvi Bahar Festivalına qatılan materik Çindən gələn turistlərin sayının kəskin azalması və keçən illə müqayisədə 79,2 faiz təşkil etməsi çox sayda kazino və otellərin gəlirlərinə nəzərə çarpacaq dərəcədə mənfi təsir göstərib.

Makao Portuqaliyanın keçmiş koloniyası olaraq 1999-ci ldə Çinin tabeçiliyinə verilib və xüsusi inzibati bölgə statusuna sahibdir. Bölgə iqtisadiyyatının əsasını hotel, kazino və azart oyunları biznesi təşkil edir, buna görə Makao "Asiyanın Las Veqası" adlandırılır.

2019-cu ilin sonunda Çində 2019-nCoV koronavirusun yayılması qeydə alınıb. Xəstəlik ölümlə nəticələnə bilən pnevmoniyanı təhrik edir. Son məlumata görə bu virusa 42 mindən çox insan yoluxub, ölənlərin sayı isə 1016-ya çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti