...

Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir

Turizm Materials 19 Mart 2020 16:28 (UTC +04:00)
Azərbaycanda koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar hotel biznesinə dəstək üçün təkliflər hazırlanıb.
Koronavirusla əlaqədar hotellər üçün güzəştlərin tətbiqi təklif edilir

Bakı. İlhamə İsabalayeva – Trend:

Azərbaycanda koronavirusa görə yaranmış vəziyyətlə əlaqədar hotel biznesinə dəstək üçün təkliflər hazırlanıb.

Bunu Trend-ə Azərbaycan Hotel Assosiasiyasının (AHA) baş icraçı direktoru Günay Sağlam deyib.

Onun sözlərinə görə, təkliflərin hazırlanmasında məqsəd hotel biznesinə dəyən zərəri nəzərə alaraq, bu sahəyə dövlət dəstəyinin göstərilməsini təmin etməkdir.

Təkliflərdə hotel biznesi üçün müəyyən güzəştlərin tətbiqi məsələləri yer alıb.

Artıq təkliflər baxılması üçün müvafiq dövlət qurumlarına təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti