...

Subsidiyaların verilməsi gündəmdədir - Dövlət Turizm Agentliyi

Turizm Materials 11 Mart 2021 14:16 (UTC +04:00)
Subsidiyaların verilməsi gündəmdədir - Dövlət Turizm Agentliyi

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda turizmin dəstəklənməsi məqsədilə subsidiyaların verilməsi məsələsi gündəmdən düşməyib, bu məsələ yenə də aktualdır.

Bunu Trend-ə Dövlət Turizm Agentliyinin Media və ictimaiyyətlə əlaqələr sektorunun müdiri Kənan Quluzadə bildirib.

Onun sözlərinə görə, 2019-cu ildə turizmin inkişafı ilə bağlı qarşıya qoyulan prioritet məqsədlərin hamısı yenə də gündəmdədir:

"Məsələn, subsidiyaların verilməsi, dövlət turizm reyestrinin yaradılması, qanunvericiliyin dəyişdirilməsi, palçıq vulkanları və digər yeni layihələrlə bağlı və s. məsələlər hamısı gündəmdə qalır. "Beşbarmaq" Dövlət Qoruğunun yaradılması da aktualdır. Sadəcə pandemiya dövründə bu yeniliklərin həyata keçirilməsi ləngiyir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti