...

Bolqarıstan xarici turistləri bu tarixdən qəbul edəcək

Turizm Materials 24 Aprel 2021 08:55 (UTC +04:00)
Bolqarıstan xarici turistləri bu tarixdən qəbul edəcək

Bakı. Trend:

Bolqarıstan Səhiyyə nazirliyi sərhədin turistlər üçün 1 may tarixindən etibarən açılmasına qərar verib.

Trend TASS-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri səlahiyyətlərini icra edən Kostadin Angelov deyib.

Daha əvvəl Bolqarıstan ölkədəki fövqəladə epidemioloji vəziyyətin may ayının sonuna qədər uzadılmasını təxmin edirdi.

Bolqarıstan Səhiyyə nazirliyinin məlumat portalı son məlumatında ölkədə ümumi yoluxma sayının 394 594, ötən gün ərzində koronaviruslu ölən xəstələrin sayının 103, sözügedən virusdan ümumi ölüm hallarının sayının isə 15.721 olduqlarını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti