...

Fransa öz tarixi ilə üzləşməlidir - Türkiyə XİN

Siyasət Materials 20 Yanvar 2012 14:03 (UTC +04:00)
Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu bu gün keçirdiyi mətbuat konfransında Fransanın öz tarixi ilə üzləşməli olduğunu bildirib.
Fransa öz tarixi ilə üzləşməlidir - Türkiyə XİN

Azərbaycan, Bakı, 20 yanvar / Trend müxbir A.Tağıyeva/

Türkiyənin XİN rəhbəri Əhməd Davudoğlu bu gün keçirdiyi mətbuat konfransında Fransanın öz tarixi ilə üzləşməli olduğunu bildirib. Trend in məlumata görə, bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat verib.

"Fransa öz tarixi ilə üzləşməlidir. Parlament qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul etməklə söz və ifadə azadlığına ciddi zərbə vurur", - Davudoğlu deyib.

Onun sözlərinə görə, rəsmi Ankara bu qanunun qəbil edilməməsi üçün əlindən gəlini edəcək.

Fransa Milli Assambleyası qondarma "erməni soyqırımı"nın inkarına görə cinayət məsuliyyətini nəzərdə tutan qanun layihəsini qəbul edib.

Fransa parlamentinin 577 deputatından səsvermədə 45-i iştirak edib. Bu 45 deputatdan 38-i lehinə, 7-si isə əleyhinə səs verib.

Senatın qanun layihəsini yanvarın 23-də keçiriləcək iclasın gündəliyinə salacağı gözlənilir.

Qanun layihəsi qondarma "erməni soyqırımı"nı inkar edənlərə qarşı bir ilədək azadlıqdan məhrumetmə cəzası və 45 min avro həcmində cəriməni nəzərdə tutur.

Bu qərara cavab olaraq Türkiyə Fransa ilə bütün diplomatik münasibətləri dondurduğunu élan edib.

Fransada parlament çoxluğunu təşkil edən Xalq Hərəkatı Naminə Birlik Partiyasından (UMP) olan deputatlar Milli Yığıncağın qanunvericilik komissiyasına qanun layihəsi təqdim ediblər.

Ermənistan və erməni lobbisi bəyan edir ki, Türkiyənin sələfi olan Osmanlı dövləti 1915-ci ildə Anadoluda yaşayan ermənilərə qarşı soyqırım törədib. Erməni təbliğatının təzyiqi ilə bir sıra ölkələrin parlamentləri 1915-ci il qondarma "soyqırım"ı tanıyıblar.

Xəbər lenti

Xəbər lenti